“Qərb bizi xilas edəcək” - Ostap Bender sarkazmla
yazmışdı. Yankisevər lümpen və obıvatellərimiz də ona inanmışdı. Ki, Benderin
“xilaskarı” indi gələr, bu dəqiqə gələr. Ta 2011-ci ilin əvvəlindən yolunu gözləyirlər.
Ərəb yarımadasına səadət gətirənlər o gözəlliyi bizə bəxş etməsələr də, 2 ildir
xoş qədəmlərini qədim Suriya torpaqlarına basıblar.
Bəşər Əsəd antibəşərdir, tirandır,
zalım padşahdır və monarxdır. Ancaq onun sosialist olduğunu iddia edənlər yenə
yanılır. Bəziləri özünə sosialist deyən hər debil hakimiyyəti gözümüzə soxmağa
çalışır. Bil(məy)ərəkdən: baxın, sizin solçu liderlər anti-xalqdır.
İndi nə edək ki, Şimali Koreya çuxçesi bala Kim Çe,
atasından hakimiyyəti vərəsə kimi alan II Əsəd özünə sosialist deyir? Ona qalsa
YAP da nizamnaməsində özünü sol təmayüllü göstərib. Onları sol əqidənin ayağına
yazası deyilik ki?! Suriyada baş verənlərə gəlincə, orada nə inqilab, nə gerilya
var. Sadəcə müharibədir. Bu müharibədə Qərb də Əsəd qədər xalqı qırğına verməyə
hazırdır. Belə olmasaydı baş verənləri sükutla qarşılayıb, quru bəyanatlarla yola
verməzdi.
Dünya KİV-i yazır ki, Suriyada 100 mindən çox (!!!)
adam öldürülüb. XXI əsrdə bu qədər adamın tələf edilməsi nə dərəcədə ağılabatandır?
100 min haaa. İnanmıram. Yox, əgər belədirsə, onda genosiddir. Bəs, sülhpərvər
ABŞ bu qədər adamın ölümünə niyə göz yumur? Liviyaya tələsik NATO qoşunlarını
soxanlar adekvat münasibəti niyə Suriyada nümayiş etdirmir?
Burdan iki nəticəyə gəlirik: ya Suriyada
öldürülənlər haqda dünya KİV-nin yaydığı rəqəmlər şişirdilib, ya da Qərb hamının
gözü önündə baş verən qətliamlara şou kimi baxır. Vaxtilə Çauşevksini də
devirəndə Qərb telekanalları kütləvi qırğınları əks etdirən görüntülər tapa
bilmədiklərinə görə, Rumıniyada morqlardan əcəli ilə ölən insan cəsədlərini
çəkib yayımlayırdılar. Başqa nümunə - Liviyada Qəzzafi öldürülənə qədər Qərb
KİV-i yazırdı ki, onun əsgərləri insanlara işgəncə verir, körpələr, qocalar
qətlə yetirilir. Buyurun, Qəzzafinin qətlindən az sonra nüfuzlu, obyektiv
olduğuna şübhə etmədiyiniz “Freedom House” təşkilatı hesabatla çıxış etdi və
bəyanatında deyilirdi ki, Qəzzafi əsgərlərinin bir adama da işgəncə verdiyi
qeydə alınmayıb.
Deyəcəksiniz ki, yəqin Qəzzafi o dünyadan səhradan
çəkdirdiyi su kanalı vasitəsi ilə bu təşkilata rüşvət yollayıb. İndi də oxşar
xəbərlər Suriya haqda yayılır. Gah Əsəd çörək növbəsinə duran uşaqları,
cavanları kimyəvi silahla öldürür, gah bombalar yağdırır. Bəs kim öldürür,
kimlər döyüşür sualına gəlincə, çox uzağa getməyin, əlinizin altında “youtube”
var...
Benefits of the Merkur Solingen Safety Razor - Xn--o80b910a26eepc81il5g.online
ОтветитьУдалитьIt 메리트 카지노 쿠폰 is very good for non-tough hands and also helps to adjust your exposure to the sharpness of the blade. It is one of the safest razors with Rating: 4.8 · 6 reviews